Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verib.
"Unikal" xəbər verir ki, o, bu barədə açıqlama yayıb.
***13:50
Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, Vuçeviçin istefası Belqradda və Serbiyanın digər şəhərlərində üç aydır davam edən etirazlar fonunda baş verir.
Serbiyada etirazlar ötən ilin noyabr ayında Novi Sadda dəmiryol vağzalında tavanın uçması nəticəsində 15 nəfərin həlak olmasından sonra başlayıb.
Gülayə Mecid