Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar. 

Hadisənin təfərrüatı araşdırılır. 

Xanlar Qaraca