Qəzzada HƏMAS döyüşçüləri biri rusiyalı olmaqla 3 əsiri azad edərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, əsirlərin azad edilməsi Dohada əldə olunmuş Qəzza atəşkəs razılaşması çərçivəsində baş tutub.

Qeyd edək ki, İsrail ordusu Həmasın Qəzzada 3 əsiri azad edərək, Qırmızı Xaç komitəsinə təhvil verildiyini təsdiqləyib.