Rusiya ilə Hindistanın Rusiyadakı müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət prosedurunu sadələşdirən saziş imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Saziş Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin və Hindistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vinay Kumarın görüşü zamanı imzalanıb. 

Söhbət zamanı tərəflər imzalanmış sənədin hərbi sahədə gələcək əməkdaşlığın vacibliyini qeyd ediblər və xüsusi imtiyazlı strateji tərəfdaşlıq ruhunda ixtisaslaşmış əməkdaşlığın ardıcıl gücləndirilməsinə diqqət ayırdıqlarını təsdiq ediblər.

Ağarza Elçinoğlu