Ukrayna münaqişəsində tərəflərdən heç biri döyüş meydanında silah gücünə qalib gəlməyəcək.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Mənə elə gəlir ki, bu gün heç bir tərəfin döyüş meydanında silahla bu müharibədə qalib gəlməyəcəyi aydındır", - deyə Zelenski qeyd edib. 

O, həmçinin bildirib ki, Rusiya və Ukrayna münaqişəyə diplomatik yollarla son qoymalıdır. Eyni zamanda, Zelenskinin sözlərinə görə, danışıqlar “ədalətli sülhə” gətirib çıxarmalıdır.