Papa Fransiskin vəziyyətinin klinik mənzərəsi mürəkkəbdir.

"Unikal" xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, günortadan sonra aparılan döş qəfəsinin KT müayinəsi əlavə dərman müalicəsi tələb edən ikitərəfli pnevmoniyanın erkən mərhələlərini aşkar edib.

Həmçinin qeyd edilir ki, 88 yaşlı papanın ümumi vəziyyəti stabildir, baxmayaraq ki, “ümumi klinik mənzərə mürəkkəb olaraq qalır”.