Ağcabədi rayonunda təcili tibbi yardım avtomobili qəza törədib.

"Unikal"ın məlumatına görə, hadisə fevralın 22-də saat 15:00 radələrində baş verib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Ağdam rayonu üzrə təcili tibbi yardım avtomobili çağırışdan qayıdan zaman yol-nəqliyyat hadisəsinə uğrayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Anar Kəlbiyev