Biləsuvar rayonunda dəm qazından zəhərlənənlər bir ailənin üzvləridir. 

"Unikal"ın məlumatına görə, hadisə ötən gün rayonun Çaylı kəndində yerləşən evlərdən birində qeydə alınıb. 

Belə ki, kənd sakinləri Səidə Əmirova, Saleh Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir - nənə, onun oğlu, gəlini və nəvələridir.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

***10:06

Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Unikal"a bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün  evə buraxılıblar.

**** 09:17

Biləsuvarda 6 nəfər dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

Kənd sakinləri Əmirova Səidə Fazil qızı, Ağayev Saleh Əvəz oğlu, Ağayeva Sevda Əvəz qızı, Ağayev Əli Cabir oğlu, Ağazadə Zümrüd İzzət qızı və Ağayeva Gülay Cabir qızı yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.