Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

"Unikal" xəbər verir ki, yenilənmiş qanuna əsasən, üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.

Qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.