Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

"Unikal" xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

15. "20 Yanvar" dairəsində;

16. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

18. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

19. Babək prospekti, mərkəz istiqamətində;

20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

21. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

22. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

23. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

24. Niyazi küçəsi, "İçərişəhər" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.