Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.
"Unikal" xəbər verir ki, növbəti tədbirlər zamanı polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər.
Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa Qəbələ şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdığına görə 1 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.