Sabirabad rayonunda qaz kəməri zədələnib.
"Unikal"ın məlumatına görə, "Nərimankənd" ölçü qovşağından qidalanan PE diametri 315 mm-lik "Nərimankənd-Ulacalı" yeraltı qaz kəmərindən ayrılan PE diametri 315 mm-lik "Ulacalı-Qaragüney" yeraltı qaz kəmərini "Azərişiq" ASC-yə məxsus texnikanın qazıntı işləri aparan zaman qaz kəmərinin Axtaçı-Muğan kəndi ərazisindən keçən hissəsi zədələnib.
Bununla bağlı qəza vəziyyətinin aradan qaldırılması məqsədilə əlaqədar olaraq, işlər yekunlaşanadək Sabirabad rayonunun 10 kəndində - Ulacalı, Bulduq, Əticəllər, Həşimxanlı, Axtaçı-Muğan, Güdə Cühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragünə kəndlərində (ümumilikdə 4392 abonent) qaz təchizatı daxildən dayandırılıb.
Xəlil Əliyev