Hər zaman yenilikçi yanaşması ilə seçilən “Kontakt” bu dəfə bank xidmətləri göstərməyə başlayır.

"Unikal" xəbər verir ki, şəbəkənin “Kontakt App” adlı bu yeni tətbiqi ilə artıq ən innovativ bank xidmətlərindən və xüsusi imtiyazlar verən loyallıq proqramından yararlana biləcəksiniz. 

Bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılan “Kontakt App” maliyyə idarəçiliyinə tamamilə yeni bir yanaşma gətirəcək. Bu tətbiq müxtəlif bank xidmətlərini, xüsusilə rahat kreditləşmə və “Kontakt”ın loyallıq proqramını özündə birləşdirəcək.

TAM FUNKSİONAL MOBİL BANKİNQ 

“Kontakt App” ənənəvi mobil bankinq xidmətlərini ən yüksək səviyyədə təqdim edəcək. Artıq müxtəlif bank əməliyyatları üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac qalmayacaq. Çünki bu yeni tətbiqdə ən rahat interfeys ilə balansınızı izləyə, kredit və digər bütün növ ödənişlərinizi idarə edə və hətta, sizə ayrılan kredit limiti ilə bağlı da sürətli məlumat ala biləcəksiniz. Bütün bu üstünlüklərini görmək üçün isə sadəcə və sadəcə bank kartınızı tətbiqə əlavə etmək kifayət olacaq. 

CƏMİ 1 DƏQİQƏYƏ KREDİT RƏSMİLƏŞMƏSİ 

Tətbiq vasitəsilə “Kontakt”dan məhsul alarkən kredit rəsmiləşdirmək çox daha sürətli və asan olacaq. Çünki əvvəllər orta hesabla 15 dəqiqə vaxt alan bu proses “Kontakt App” istifadəyə verildikdən sonra cəmi 1 dəqiqənizi alacaq. Bununla da, tətbiqin istifadəçisi olan hər kəs istədiyi məhsulu sürətli – sadəcə bir neçə klikə kreditlə əldə edə biləcək. 

 “KONTAKT” MÜŞTƏRİLƏRİNƏ ÖZƏL LOYALLIQ PROQRAMI 

“Kontakt” bu tətbiqdə öz müştərilərini də düşünüb və onlara xüsusi imtiyazlar təqdim edir. Belə ki, loyallıq proqramı çərçivəsində siz bir müştəri olaraq bonuslar qazanacaq, bu bonusları isə alış-veriş zamanı istifadə edə, dostlarınıza göndərə və ya kredit ödənişlərinizə yönləndirə biləcəksiniz. 

Bundan əlavə, “Kontakt App” rahatlıq baxımından da istifadəçilərin ehtiyaclarını düşünüb. Çünki burada siz heç yerə zəng etmədən, bütün suallarınıza çatbotlar – yəni, virtual köməkçilər vasitəsilə cavab tapa biləcəksiniz. 

Bütün bu xüsusiyyətləri ilə “Kontakt App” bank sektorunda innovativ bir həll kimi bazara daxil olur. Bank xidmətlərini, kredit imkanlarını və sadiqlik proqramını tək bir platformada birləşdirən bu tətbiq, istifadəçilərin gündəlik maliyyə əməliyyatlarını daha sürətli və səmərəli idarə etməsinə kömək edəcək. Odur ki, gələcəyin fintek dünyasında “Kontakt App”  adını tez-tez eşidəcəyimiz bir dövr başlayır!