Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

DSX-dən "Unikal"a verilən məlumata görə, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.