Aktaudan Almatıya uçan təyyarənin mühərriki sıradan çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb. 

Qeyd olunub ki, təyyarə havaya qalxandan 20 dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb. Sərnişinlərdən birinin sözlərinə görə, daha sonra salonda elektrik enerjisi kəsilib: "Dəhşətli gurultu və yanıq qoxusu var idi. Stüardessalar nəzərəçarpacaq dərəcədə gərgin idilər. Daha sonra onlara təyyarənin Aktauya qayıtdığı barədə məlumat verilib".

“Air Astana” təyyarədəki fövqəladə vəziyyətə münasibət bildirib: "Aktaudan Almatıya uçan KC 868 reysi uçuş hava limanına qayıdıb. Ekipaj 1 nömrəli mühərrikdə yağ səviyyəsinin aşağı olması ilə bağlı texniki xəbərdarlığa cavab olaraq standart prosedurlara uyğun olaraq mühərriki söndürüb. Təyyarə Aktauda təhlükəsiz eniş edib. Sərnişinlər şirkətlər qrupunun ehtiyat təyyarəsi ilə təxliyə edilib". 

Ağarza Elçinoğlu