ABŞ hakimiyyəti Rusiyanın Ukraynada hərbi əməliyyatlara son qoymaq təklifinə cavabını gözləyir.
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Mətbuat konfransında çıxış edən Rubio qeyd edib ki, Vaşinqton Rusiyanın nə ilə cavab verəcəyini bilmək istəyir.
"...Biz onu (Rusiya, - red.) bütün hərbi əməliyyatların dayandırılması məsələsini nəzərdən keçirməyə qətiyyətlə çağırırıq", - ABŞ dövlət katibi əlavə edib.