Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib və kollektivə təqdim olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.
Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu 12 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Məmmədov İmran Qərib oğlu yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.