"Microsoft” şirkəti bu il oktyabrın 14-dən etibarən "Windows 10" əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələrinin buraxılışını dayandıracağını elan edib. Bu, o analama gəlir ki, adıçəkilən əməliyyat sistemi ilə çalışan milyonlarla kompüter kiberhücumlara daha həssas olacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Digital Trends" (DT) məlumat yayıb.
Bu elan "Windows 11" əməliyyat sisteminin daha da populyarlaşmasına şərait yaradacaq. Belə ki,“StatCounter” analitik şirkətinin məlumatlarına görə, "Windows 11"-in bütün dünya üzrə istifadə payı 38,2 faizə yüksəlib.
Digər tərəfdən, təhlükəsizlik yeniləmələri dayandırılacağı elan olunan “Windows 10” əməliyyat sisteminin dünya üzrə payı 2025-ci ilin fevral ayında 60 faizdən də aşağı səviyyəyə düşüb (58,7%).