Rüstəm İbrahimbəyovdan maraqlı gediş
23:22 14-08-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyovdan maraqlı gediş
O, Milli Şuranın xaricdən maliyyələşdiyini etiraf etdi
Milli Şuranın sədri və vahid namizəd Rüstəm İbrahimbəyov "Yeni Müsavat" qəzetinin son sayında dərc olunan müsahibəsində şok effekti yaradacaq fikirlər səsləndirib. O, indiki halda Bakıya gələcəyi halda Milli Şuranın seçki təbliğatına pul ayırmayacağını bəyan edib: "Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Deməli, o vəsaiti kimsə təşkil etməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək?"
Aydın də görünür ki, R.İbrahimbəyov Bakıya gələcəyi halda Milli Şuranın seçki kampaniyasına pul ayırmayacağını bəyan edib. Başqa sözlə, o, Milli Şuradakı müttəfiqlərini şantaj edib. Onların Bakıya qayıdışla bağlı tələblərini verərkən pulsuz qalacaqlarını göz önünə gətirmələrini istəyib. Onun açıqlamalarını bu cür də ümumiləşdirmək olar. Pul istəyirsinizsə, mənim xaricdə qalmağıma razı olun, vətənə qayıtmağımı tələb etməyin. Əksini etsəniz, pulsuz qalacaqsınız!
Milli Şura sədrinin bu açıqlaması çoxdandır müzakirə mövzusu olan və bizim də dəfələrlə yazdığımız iki məsələni aktuallaşdırıb. Birincisi, Rüstəm İbrahimbəyovun məhz puluna görə vahid namizəd elən edildiyi bir daha təsdiqlənib. Yəni Milli Şuradakılar nə qara qaş-gözünə, nə siyasi təcrübəsinə, nə seçkilərdə onlara uğur gətirə biləcək namizəd olmasına görə onun üzərində dayanmayıblar. Seçimin onun üzərində edilməsi məhz puluna görə olub.
Pul amilinə görə neçə illərdir siyasi iddialarını heç kimə güzəştə getməyən AXCP sədri Əli Kərimli də, Müsavat başqanı İsa Qəmbər də muma dönüblər. Rüstəm İbrahimbəyov bu açıqlaması isə əslində, bəlkə də, bilərəkdən müxalifət liderlərini zərbə altında qoyub. Onların daim öz çıxışlarında vurğuladıqları kimi demokratiya vurğunu olmadıqlarını, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmadıqlarını ictimaiyyətə çatdırmaq istəyib. Amma, bəlkə də, bilməyərəkdən həqiqətləri dilə gətirib.
Açıqlamadan çıxan ikinci mühüm nəticə isə Milli Şuranın xaricdən maliyyələşməsinin təsdiqlənməsidir. Bu barədə çox deyilib və yazılıb, təşkilata pulun Rusiyadakı milyarderlərdən gəldiyi artıq sirr deyil. Amma bunun Rüstəm İbrahimbəyovun özü tərəfindən etiraf edilməsi artıq bir faktdır, iddia, mülahizə deyil. Bunun özü isə artıq cinayətdir. Ölkə qanunvericiliyi maliyyəsi xaricdən gələn qüvvələrin namizədinin qeydə alınmamasına əsas yaradır.
Bu açıqlaması ilə Rüstəm İbrahimbəyov özünə də ciddi problemlər yaradıb. Məlum olduğu kimi, onun ikili vətəndaşlıq problemi namizəd olmasını əngəlləyir. Hazırda əlaltıları onun bu probleminin həlli üçün dəridən qabıqdan çıxırlar. Amma namizədliyin qeydə alınmaması ilə bağlı şərtlər təkcə ikili vətəndaşlıqla məhdudlaşmır. Belə ki, "vahid namizəd" ikili vətəndaşlığını unutduğu kimi Azərbaycan Respublikasının qanunlarından da xəbərsiz olduğunu nümayiş etdirir. Seçki Məcəlləsinin 90-cı maddəsinin ikincisi hissəsi namizədlərin seçki fondlarının xarici dövlətlər və ya xarici hüquqi şəxslər hesabına, xarici ölkə vətəndaşlarının ianəsi ilə formalaşdırmasını qadağan edir. İbrahimbəyovdan pul gözləyənlərin diqqətinə həmin məcəllənin müvafiq maddəsini çatdırırıq:
"Maddə 90. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki (referendum) fondları
90.1. Namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki (referendum) fondları (bundan sonra - seçki fondu) yaradılır.
90.2. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
90.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
90.2.2. xarici vətəndaşlara;
90.2.3. vətəndaşlığı olmayan şəxslərə;
90.2.4. 18 yaşına çatmamış vətəndaşlara"
Rüstəm İbharibməyovun 18 yaşının çoxdan tarixə qovuşduğunu nəzərə alsaq, yuxarıda qadağan olunmuş müddəaların hamısının məhz ona şamil olunduğu göz qabağındadır. Görünür, o, yarımçıq siyasətçiliyinin uğursuz finalını həm də Azərbaycan qanunlarını saymamaqla daha biabırçı formada başa çatdırmaq istəyir.
Beləliklə, Rüstəm İbrahimbəyov gün keçdikcə həm özünü, həm də ona etimad göstərməkdə davam edən müxalifətçiləri pis vəziyyətdə qoyur. Diqqət yetirsək, onun Eldar Namazovun nəzarətindən kənar, özbaşına verdiyi bütün açıqlamalar ciddi siyasi skandalla nəticələnir. Belə bir adam siyasətlə məşğul olmaq, Azərbaycanın rəhbəri olmaq istəyir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00