Paytaxtın Suraxanı rayonu ərazisində keçirilən növbəti tədbir zamanı Zığ qəsəbəsində yerləşən bir hotelin ətrafında məişət tullantılarının qalaqlanması, Hövsan qəsəbəsində isə bir iaşə obyektində istismar müddətində ekoloji tələblərin pozulması aşkar olunub.

Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Həmin hotel və iaşə obyektinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir restoranda ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulması aşkar olunub. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.