Xaçmazda iki avtomobil toqquşub.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsi ilə Atatürk küçəsinin kəsişən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili qarşı istiqamətdə hərəkətdə olan “KİA” markalı minik avtomobilinin yoluna çıxaraq ona çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Asiman Qaraca