Gəncədə yeniyetmə qız yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-ci il təvəllüdlü M.Bəkirovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov