Türkiyə Bələdiyyələr Birliyinin və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə reaksiyalar davam edir.
"Unikal" xəbər verir ki, istanbullular küçələrə axışaraq etiraz aksiyası keçiriblər. Hadisələr fonunda AFP-nin müxbiri Yasin Akgül, İBB Fotomüxbiri Kurtuluş Arı, müxbir Hayri Tunç, müxbir Zeynep Kuray, Bakırköy bələdiyyəsinin foto müxbiri Gökhan Kam "toplantı və nümayişlər haqqında qanunu pozmaq" ittihamı ilə həbs edilib.