Xəbər verdiyimiz kimi, 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu qəzaya düşüb.
45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov "Unikal"a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
"Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış keçirilib. Xəsarət alan olmayıb".
***
17:13
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu iki "Hyundai" markalı avtomobillə toqquşub.
Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Seymur Əli