Göygöldə minik maşını qəza törədib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" maraklı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilə və elektrik təsərrüatına ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov