Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. Belə ki, avtomobil ərazidə yolu süpürən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.  O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tural Əhmədov