Ağdaşda xəsrətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Şirvangöl istirahət mərkəzi yaxınlığından keçən hissəsində baş verib. Qadın sürücünün idarə etdiyi minik avtomobilinin aşması nəticəsində Abşeron rayon Qobu qəsəbə sakini olan bir ailənin 3 üzvü müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1976-cı il təvəllüdlü Səmayə Həşimova, 1985-ci il təvəllqəüdlü  Nurlana Həşimova və 1995-ci il təvəllüdlü Kübra Almirzəyeva xəstəxanaya çatdırıllb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov