Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bayramlı kəndi ərazisində qeydə alınıb.

Belə ki 1969-cu il təvəllüdlü Faiq Bağırovu çöl sahədə heyvan otararkən ildırım vurub. O hadisə yerinə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov