Yevlaxda iki yük maşını toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə Yevlax şəhərində, yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yol dairəsində baş verib. Belə ki, "KamAz"la tırın toqquşması nətəcəsində yaralanan "Kamaz"ın sürücüsü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov