Gəncədə zəhərlənmə olub.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Müsavi küçəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənənlər bir ailənin üzvüdür. Onların yaşadıqları evdə qidadan zəhərləndiyi bildirilir.

Fakt araşdırılır.

Tural Əhmədov