Qərbi Kaspi Universitetinin tələbəsi faciəli şəkildə vəfat edib.
“Unikal” xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, universitetin “Yüksək texnologiyalar və İnnovativ mühəndislik” fakültəsinin, İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq ölüb.