Biləsuvar rayonunda iki mərtəbəli evdə yanğın olub.
"Unikal" xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.
Dərhal əraziyə Biləsuvar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.