Belçika hökumətinin başçısı Bart de Vever Ukraynaya uçub.

"Unikal" xəbər verir ki, o, Kiyevə 1 milyard avrodan çox yardım təklif edəcək.

"De Vever Ukrayna paytaxtına əliboş getmir. Hökumətin üç üzvü "Euroclear"da dondurulmuş Rusiya aktivləri üzrə gəlirdən əldə etdiyi 1 milyard avrodan çox yardımı ev sahibi ölkəyə gətirir", -deyə yayılmış məlumatda qeyd edilir. 

Baş naziri Belçikanın xarici işlər naziri Maksim Prevost, ölkənin müdafiə naziri Teo Franke və müdafiə şirkətlərinin nümayəndələri müşayiət edir.