Trampın sərvəti onun öz tariflərinin iqtisadiyyata təsiri səbəbindən 500 milyon dollar azalıb.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.
Jurnalın məlumatına görə, böyük tariflər ərəfəsində ABŞ prezidentinin sərvəti 4,7 milyard dollar olub. Bir həftədən az müddət sonra, onun dövlət səhmlərinin və şəxsi aktivlərinin dəyəri bazarlarla birlikdə düşdüyü üçün bu, 4,2 milyard dollara enib.