Dominikan Respublikasında klubda damın uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Mərkəzinin direktoru Xuan Manuel Mendez məlumat yayıb. 

 ***09:26

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində azı 79 nəfər ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daha 155 nəfər yaralanıb, lakin ölənlərin sayının artacağı bildirilir. 400-ə yaxın xilasedici dağıntılar altında itkin düşənləri axtarır.

Məlumata görə, paytaxt Santo-Dominqoda məşhur "Jet Set" müəssisəsinin damı tanınmış müğənni Rubby Perezin çıxışı zamanı qəflətən çöküb. 69 yaşlı müğənni də dağıntılar altında qalıb. Qızının sözlərinə görə, hadisədən bir neçə saat sonra atasının sağ olması xəbərini alıb. O, yaralanıb və hələ də dağıntılar altındadır.

Hadisə şahidləri bildiriblər ki, dam qəflətən uçub. Axtarış işləri davam edir.

Gülayə Mecid