Antalyada keçirilən IV Diplomatiya Forumunda "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" başlıqlı panel başlanıb.

"Unikal" "Report"a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan xarici işlər nazirli Ararat Mirzoyanın iştirakı ilə keçirilən panel Beynəlxalq Böhran Qrupunun Türkiyə Direktoru şərhçi Nigar Çöksel və "TRT World"ün əməkdaşı Auskar Surbaktinin moderatorluğu ilə baş tutur.