ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına nail olmaq üçün güzəştə getməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" portalı məlumast dərc edib.
Məlumata görə, Omandakı dolayı danışıqlar uğurlu olarsa, Trampın xüsusi nümayəndəsi Steven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa dialoq aprelin 12-də də mümkündür.
Bundan əvvəl Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ ilə danışıqlarda ədalətli və layiqli razılaşma əldə etmək üçün ciddi niyyətini ifadə edərək bildirib ki, Vaşinqtonun eyni münasibəti danışıqların gedişatını müəyyən edəcək ilkin razılaşmanın əldə olunması şansını artıracaq.
O qeyd edib ki, bu danışıqlar yalnız İranın nüvə proqramına aiddir.