16.04.2025-ci il tarixində saat 08:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, müxtəlif yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
09:57
Göygöldə mikroavtobusun qəzaya düşməsi nəticəsində iki nəfər xəsarət alıb.
"Unikal"ın məlumatına görə, xəsarət alanlar 1999-cu il təvəllüdlü Seymur Pənahov, 1962-ci il təvəllüdlü Namiq İsayev və 2005-ci il təvəllüdlü Ətlas İsmayılovadır.
Qeyd edək ki, qəzada xəsarət alanlar mikroavtobusun sərnişinləridir.
***
08:37
Göygöldə minik maşını ilə miroavtobus toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı avtomobillə mikroavtobus toqquşub.
Qəzadan sonra mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Tural Əhmədov