"Ermənistan indiki mərhələdə Azərbaycanla, xüsusən də yükdaşımaların nəzərdə tutulduğu Horadiz-Yerasx istiqamətində dəmir yolu əlaqəsinə başlamağa hazırdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Baş nazir regional kommunikasiyaların açılması məsələsinə toxunaraq bəyan edib ki, Ermənistan hazırda belə bir həll yoluna hazırdır: "Əminik ki, ictimaiyyət bunu real və qarşılıqlı məqbul kompromis kimi qəbul edəcək".
Paşinyan Azərbaycan tərəfinin Ermənistanın həll yolları təklif etməməsi, ona görə də İran ərazisindən keçən marşrutdan istifadə etmək qərarına gəlməsindən də danışıb: "Bu o deməkdir ki, həmin marşrutun şərtləri Bakı üçün məqbuldur və Ermənistan öz ərazisindən keçən marşrut üçün də eyni şərtləri təmin etməyə hazırdır. Əgər İranda bu şərtlər normaldırsa, niyə Ermənistanda eyni şeyin qəbul edilə bilməyəcəyi anlaşılmazdır".
Ağarza Elçinoğlu