Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır.
"Unikal" xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, Aşağı Gövhər ağa məscidi və Çöl Qala məscidi qısa müddət ərzində bərpa olunub. Dahi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa prosesindən sonra açılıb.