Lənkəranda idarəetməni itirən avtomobil kanala aşıb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı suötürücü kanala aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.
Qeyd edək ki, qəza nəticəsində suötürücü kanal üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev