Xaçmazda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, Xaçmaz-Xudat avtomobil yolunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində “BMW”, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələri yararsız hala düşüb.
İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.
Asiman Qaraca