Göygöldə evakuator piyadanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan evakuator yolu keçmək istəyən orta yaşlı kişini vurub. 1959-cu il təvəllüdlü M.Abdullayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
Tural Əhmədov