Ağstafada 1 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan TIR idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı Türkiyə vətəndaşı olan sürücü 1974-cü il təvəllüdlü P.Fərrux xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla araşdırılır.

Tural Əhmədov