Göygöldə minik maşını dəmir arakəsməyə çırpılıb, ölən və xəsarət alan var.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes"markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1990-cı il təvəllüdlü R.İmanov hadisə yerində ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov