Xəbər verdiyimiz kimi, Roma Papası Fransisk  dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, son zamanlar səhhətindən əziyyət çəkən Papanın 88 yaşı var idi.

14 fevral 2025-ci ildə Frensisk bronxitlə təcili xəstəxanaya yerləşdirilib; həkimlər onun Roma klinikasında qalma müddətini polimikrob tənəffüs yoluxucu infeksiyanın yaratdığı klinik ağırlaşmaları müalicə etmək zərurəti ilə uzadıb. Fevralın 22-də pontifikin səhhəti pisləşib və ertəsi gün ona böyrək çatışmazlığının ilkin mərhələlərində diaqnoz qoyulub. 

Martın əvvəlində Fransiskin ətrafı onun sağaldığını və artıq süni nəfəs aparatına ehtiyacının olmadığını bildirib. 

Gülayə Mecid