Bu gün saat 11 radələrində Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, bir "Qazel" və iki TIR markalı yük avtomobilləri toqquşub.

Qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli