Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonu Alunitdağ qəsəbəsinin dağlıq ərazisində  qeydə alınıb. Qəsəbə sakini - Daşkəsən rayon Alunitdağ qəsəbə sakini, 1965-ci il təvəllüdlü (60 yaş) Abdiyev İlham Paşa oğlu dağlıq ərazidə (sündürük ) bitki toplayan zaman qayadan yıxılıb. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Tural Əhmədov