Ağstafada yol qəzası qeydə alınıb.

"Unikal"ın məlumatına görə, rayonun ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü  Yağmur Şıxməmmədlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov