Rusiya prezidenti Vladimir Putinin sevgilisi, gimnast Alina Kabayevadan olan oğlu ilk dəfə görüntülənib.
"Unikal" xəbər verir ki, Rusiya teleqram kanalları 10 yaşlı İvanın fotosunu yayımlayıb.
Dərc olunan fotoda uşağın Putinə oxşarlığı diqqət çəkib. Azyaşlının görüntüləri dünya mediasında maraqla qarşılanıb. Bildirilir ki, Putinin Kabayevadan iki oğlu var. Lakin ilk dəfə onun böyük oğlu ictimaiyyət arasında görüntülənib.
Rus teleqram kanalları hər kəsdən uzaq saxlanılan və ciddi şəkildə qorunan oğlanların "dünyanın ən tənha uşaqları" olduğunu yazıb. Xəbərə görə, İvan və 4 yaşlı qardaşı Vladimir insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Uşaqlar bütün vaxtlarını repetitorlar və cangüdənlərlə keçirirlər.
Qeyd edək ki, 72 yaşlı Putin və 41 yaşlı keçmiş gimnast Alina Kabayevanın münasibəti illərdir mediada müzakirə mövzusudur. 2013-cü ildə 30 illik həyat yoldaşı Lüdmiladan boşandığını açıqlayan Rusiya lideri iki oğlunun olması ilə bağlı iddialardan heç vaxt danışmayıb. Şəxsi həyatından danışmağı sevməyən Putin müsahibəsində “Mən balacalarımla nağıl filmlərinə baxmağı xoşlayıram” deyərək, Rusiya mətbuatında Putinin iki azyaşlı oğlundan danışdığına dair şərhlər yer alıb. Kabayeva və iki oğlu Rusiyada yaşamır.
Gülayə Mecid